DÖŞ NİŞANLARI

vətəndaşları müxtəlif fəaliyyət sahələrində (peşə, müdafiə, sosial-mədəni və s.) xüsusi xidmətlərinə görə, qabaqcıl əməyə görə və ya digər yüksək nailiyyətlərə görə mənəvi həvəsləndirmə formalarından biri. Mərkəzi respublikada, yerli dövlət və ictimai orqanlar, habelə ayri-ayrı idarələr, müəssisələr və təşkilatlar tərəfindən təsis edilir. D.N. haqqında müvafiq əsasnamələrdə onunla mükafatlandırılan şəxslərin dairəsi və onların hansı xidmətlərə görə təltif edilməsi göstərilir. D.N. fərqlənmiş şəxslərə ictimai yığıncaqlarda (nadir halda fərdi şəkildə), təntənəli surətdə, ya müstəqil şəkildə və ya fəxri adla birlikdə təqdim edilir. D.N. ilə təltif etmənin üstün cəhəti ondadır ki, o (D.N.), öz sahibinə müəyyən imtiyazlar verə bilər.
DOTASİYA
DÖVLƏT
OBASTAN VİKİ
Döş nişanları
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Düzləndirmə nişanları
Düzləndirmə nişanları (ing. Registration marks) — təbəqələrin, yaxud sənədin elementlərinin bir-birinə nəzərən dəqiq üst-üstə qoyulması üçün qrafika, yaxud mətn emal edən proqramın səhifədə qoyduğu işarə. Adətən, mürəkkəb, kombinasiya edilmiş sənədə aid olan hər bir element üçün öz nişanı qoyulur. Onlar dəqiq üst-üstə düşürsə, onda elementlər bir-birlərinə nəzərən düzgün mövqedə yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yol nişanları
Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol nişanları sistemlərinin əksəriyyəti avropa və ingilis sisteminə yaxındır. Bu sistem Avropa, o cümlədən Azərbaycan və dünyanın bir çox başqa ölkələrində "Yol nişanları və siqnallar haqqında" Vyana konvensiyasına əsasən nizamlanır. Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyası kimi beynəlxalq konvensiyalar müxtəlif ölkələrdə yol nişanlarının müəyyən dərəcədə vahidliyinə nail olmağa kömək etmişdir. Ölkələr də çaşqınlığın qarşısını almaq üçün birtərəfli qaydada (müəyyən dərəcədə) digər ölkələri izləmişlər. Yol nişanlarını bir neçə növə bölmək olar. Məsələn, 30 iyun 2004-cü ildə 52 ölkənin imzaladığı Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyasının (1968) 1-ci Əlavəsi səkkiz nişan kateqoriyasını müəyyən edir: Xəbərdarlıq nişanları — hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir; Üstünlük nişanları — yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir; Qadağan nişanları — yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir; Məcburi hərəkət istiqaməti nişanları — sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir; Xüsusi tənzimləmə nişanları — Xüsusi tənzimləmə nişanları bir və ya bir neçə hərəkət zolağına aid olan tənzimləmə və ya təhlükə xəbərdarlığını göstərmək, avtobuslar üçün ayrılmış zolaqları göstərmək, yaşayış sahəsinin başlanğıcını və ya sonunu göstərmək üçün istifadə olunan yol nişanları və ya zona qüvvəsi olan nişanlardır. Məlumatverici-göstərici nişanlar — hərəkətin müəyyən rejimi tətbiq və ya ləğv edir, elecə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər; Servis nişanları — yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir; Əlavə məlumat nişanları (lövhəciklər) — birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır. ABŞ, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiyada nişanlar aşağıdakı kimi təsnif edilir: Tənzimləyici nişanlar Xəbərdarlıq nişanları Bələdçi nişanlar Küçə adı nişanları Marşrut nişanları Ekspress yol nişanları Magistral yol nişanları Xoş gəldin nişanları Məlumat nişanları İstirahət və mədəni maraq nişanları Fövqəladə halların idarə edilməsi (mülki müdafiə) nişanları Müvəqqəti yol hərəkətinə nəzarət (tikinti və ya iş zonası) nişanları Məktəb nişanları Dəmir yolu və yüngül dəmir yolu nişanları Velosiped nişanları Birləşmiş Ştatlarda yol nişanları və səki nişanları üçün kateqoriyalar, yerləşdirmə və qrafik standartlar standart olaraq Federal Avtomobil Yolları Administrasiyasının Vahid Trafik İdarəetmə Cihazları üzrə Təlimatında qanuni olaraq müəyyən edilmişdir.
Döş aortası
== İstinadlar == == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Döş giləsi
Döş giləsi — qadınlarda südün, uşağı qidalandırmaq üçün döşdən gələn laktasiya kanallarından keçməsini təmin edən döşün səthindəki qaldırılmış toxuma sahəsidir. Süd döş giləsindən passiv şəkildə axa bilər və ya kanal sistemi boyunca meydana gələn hamar əzələlərin daralması ilə xaric edilə bilər. Döş giləsi ətrafındakı dəridən daha tünd rəngdə olan areola ilə əhatə olunmuşdur. Qeyri-insanlara istinad edərkən onu çox vaxt məmə ucları adlandırırlar. Əmzik uşaqların qidalandığı qida butulkasının elastik ağız hissəsini təsvir etmək üçün də istifadə edilə bilər. İnsanlarda, həm kişilərin, həm də qadınların döş gilələri cinsi oyanmanın bir hissəsi kimi stimullaşdırıla bilər. Bir çox mədəniyyətlərdə insanların, daha dəqiq desək qadınların döş gilələri cinsiləşdirilir, "… cinsi obyekt hesab edilir və onların fiziki xüsusiyyətləri və seksuallığına görə qiymətləndirilir.
Döş məbədi
Mama Kanno məbədi (間々観音) və ya Ryuon məbədi (龍音寺) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir. == Tarixi == Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur. Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür. == Xüsusiyyətlər == Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır. Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir. Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.
Döş nişanı
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Döş sinirləri
Döş sinirləri və ya döş qəfəsi sinirlərinin lat. nervi thoracici ventral şaxələri lat. rami ventralis nervorum thoracicum boyun, bel, oma sinirlərindən fərqli olaraq kələf təşkil etmirlər və seqmentasiya xarakterlərini saxlayırlar. Bunlar qabırğaarası sahələrdə yerləşdikləri üçün qabırğaarası sinir lat. n. intercostalis adını daşıyır; ümumi miqdarı XII cütdür. I qabırğaarası sinir bazu kələfinə, XII cüt isə bel kələfinə şaxə verir. XII qabırğaarası sinir XII qabırğanın aşağı kənarı ilə gedir və lat. n. subcostalis adlanır.
Döş sümüyü
Qalın mətn Döş sümüyü (yun.στέρνον, lat.sternum )— uzunsov yastı sümük olub, döş qəfəsinin ön divarının mərkəzi hissəsində yerləşərək qığırdaq vasitəsilə qabırğalara birləşir. Döş qəfəsinin təşkilində iştirak etməklə daxili üzvlərdən ürəyi, ağciyərləri, aorta qövsünü və döş aortasını xarici təsirlərdən qorumuş olur. Döş qəfəsi ürək cərrahiyyəsində döş qəfəsi məhz bu sümüyün mişarla tən boylama bölünməsi ilə yarılır. Bu əməliyyat sternotomiya adlanır. == Qurluşu == Döş sümüyü yuxarıdan sağ və soldan körpücük sümükləri, yanlardan 7 cüt qabırğa sümükləri ilə bitişmiş olur. Döş sümüyünə yuxarı hissədə döş-körpücük-məməyəbənzər əzələ (lat. musculus sternocleidomastoideus) bağlanmış olur. Döş sümüyü üç hissədən ibarətdir: Döş sümüyü dəstəyi (lat. manubrium) Döş sümüyü cismi (lat. corpus sterni) xəncərəbənzər çıxıntı (lat.
Əncirli döş
Əncirli döş- Azərbaycan Respublikası Cəbrayıl rayonunda dağ adı. Əncirli döş Cəbrayıl rayonunda dağ adı. Oronim bitki adına döş("dağın, təpənin yuxarı bissəsi ilə ətəyi arasındakı sahə", "dağ yamacının yuxarı və orta hissələri arasında qalan hissə", "yamacın yuxarı hissəsi") sözünü əlavə etməklə yaranmışdır.
Döş qəfəsi
Döş qəfəsi, sinə (lat. Thorax) — bədənin hissələrindən biridir. Döş sümüyü, 12 cüt qabırğa, torakal onurğa və əzələlərdən əmələ gəlir. Qabırğa qəfəsi döş qəfəsini (Cavum thoracis), həmçinin diafraqmanın əyriliyinə görə qarın boşluğunun yuxarı hissəsini ehtiva edir. Sinə içərisində və xaricində güclənən tənəffüs əzələləri quru onurğalılarında nəfəs almağı təmin edir. Sinə konus şəklindədir. Onun iki açılışı (apertures) var — yuxarı və aşağı. Üst açılış arxadan birinci torakal fəqərənin gövdəsi ilə, yan tərəfdən birinci qabırğalar, öndən isə döş sümüyünün manubriumu ilə məhdudlaşır. Ağciyərin zirvəsi onun vasitəsilə boyun nahiyəsinə, həmçinin yemək borusu, nəfəs borusu, qan damarları və sinirlərə çıxır. Aşağı açılış yuxarıdan daha böyükdür, XII torakal fəqərənin gövdəsi, XI və XII qabırğalar və qabırğa tağları, xiphoid prosesi ilə məhdudlaşır və diafraqma ilə bağlanır.
Azərbaycan yol nişanları
Azərbaycan Respublikası yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq üçün qurulmuş qrafiki nişanlardır. Bu nişanlar Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununa və "Yol hərəkəti və siqnallar" haqqında Vyana konvensiyasına əsasən nizamlanır. == Yol nişanları == Yol nişanları 3 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, məlumatlar. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150–300 metr, yaşayış məntəqələrində isə 50–100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır.
Döş formalı təpə
Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır. == Ümumi baxış == İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır. Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir. İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.
Döş giləsi pirsinqi
Döş giləsi pirsinqi — bədəndə edilən pirsinq növlərindən biridir. Bu pirsinq döş giləsinin mərkəzi hissəsində və hər bir bucaq altında deşilə bilər, lakin adətən onu horizontal və ya şaquli formada etmək daha məqsədəuyğundur. Bundan başqa, döş giləsində bir-birinin üstündə və 1-dən çox pirsinq yerləşdirmək mümkündür. Bəzi insanlar bu növ pirsinqin 1 ilə yaxın müddətə sağaldığını bildirmişdilər. İnsanlar arasında pirsinq üçün tələb son illərdə xeyli artmışdır. == Tarix == Zinət əşyaları ilə tətbiq olunan döş giləsinin perforasiyası tarix boyu müxtəlif insanlar tərəfindən tətbiq edilmişdir. Kişi döş pirsinqi Texasın erkən tarixində mühüm rol oynamış hindu qəbiləsi Karankavalılar tərəfindən, qadın döş pirsinqi isə Əlcəzayirdə yaşayan Kabil xalqı tərəfindən ənənəvi olaraq tətbiq edilir. İlk olaraq bu növ pirsinqi Pretoriyanlar — Roma İmperatorlarının şəxsi mühafizəçiləri istifadə edirdilər. Onlar hesab edirdilər ki, gilədə sırğası olan şəxs cəsarət və igidliyə sahibdir. Pirsinq XIV əsrdən düz 1890-cı ilə kimi, həmçinin Viktoriyan dövründə cəmiyyət, xüsusən də qadınlar arasında çox populyar olur.
Azərbaycan Respublikası yol nişanları
Azərbaycan Respublikası yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq üçün qurulmuş qrafiki nişanlardır. Bu nişanlar Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununa və "Yol hərəkəti və siqnallar" haqqında Vyana konvensiyasına əsasən nizamlanır. == Yol nişanları == Yol nişanları 3 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, məlumatlar. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150–300 metr, yaşayış məntəqələrində isə 50–100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır.
Azərbaycan Prezidentinin döş nişanı
Azərbaycan Respublikası Prezidentinin döş nişanı — Azərbaycan Respublikası Prezidenti olan şəxsin döş nişanı == Təsviri == Azərbaycan Respublikası Prezidentinin döş nişanı iki hissədən ibarətdir. Döşə taxılan birinci hissə 90 mm diametrlik çevrədə yerləşdirilmiş 18 karatlıq qızıldan hazırlanmış səkkizguşəli ulduz şəklindədir. Ulduzun mərkəzində Azərbaycan Respublikasının Dövlət gerbinin minalanmış təsviri qabarıq surətdə həkk edilmişdir. Azərbaycan Respublikasının Dövlət gerbinin ətrafı iki ədəd halqa ilə haşiyələnmiş və halqaların arasında çevrə boyu 60 ədəd brilyant daş düzülmüşdür. Nişanın səkkiz guşəsinin hər biri digərindən şüalarla ayrılmışdır. Ulduzun səkkiz guşəsinin hər biri üzərində beş şüa yerləşdirilmişdir. Səkkiz guşənin hər birində şüalar boyu sıra düzülüşünə uyğun olaraq altı, səkkiz, on, səkkiz və altı brilyant daş düzülmüşdür. Boyundan asılan ikinci hissə hər birinin diametri 27 mm olan 16 medalyondan ibarətdir. Hər bir medalyon digərinə qızıldan hazırlanmış çələnglər vasitəsilə birləşdirilmişdir. Bir tərəfi sünbül, digəri isə palıd budağı olan çələnglərin ümumi sayı 16-dır.
Döş qəfəsi limfa axacağı
Döş qəfəsi limfa axacağı və ya torakal kanal (həmçinin sol limfa kanalı, qida kanalı kimi də tanınır) — insan anatomiyasında limfa sisteminin iki limfa kanalından daha böyüyü (digəri sağ limfa kanalıdır). Torakal kanal limfa sistemində əsas rol oynayır. Bədənin limfasının çox hissəsi bu kanal tərəfindən toplanır və sonra daxili boyun və sol körpücükaltı venalar arasında brakiosefalik vena yaxınlığında qana axır. Torakal kanal təmiz limfa deyil, həm limfa, həm də emulsiya edilmiş yağları ehtiva edən bir maye olan hilus daşıyır. O, həmçinin sağ döş qəfəsi, qol, baş və boyundan başqa (sağ limfa kanalı tərəfindən boşaldılan) limfanın çox hissəsini bədəndə toplayır. Kanalın deşilməsi zamanı maye plevra boşluğuna daxil olur. Bu mayeyə şilotoraks deyilir. == Strukturu == Yetkinlərdə döş kanalının uzunluğu adətən 38-45 sm və orta diametri təxminən 5 mm-dir. Damar adətən 12-ci torakal fəqərə (T12) səviyyəsindən başlayır və boyun kökünə qədər uzanır, sonra enir və venoz bucaqla bitir. === Mənşəyi === Torakal kanal T12 fəqərəsi səviyyəsində[3] sisterna şilinin yuxarı kənarından başlayır.
Fəxri Proletar Döş Nişanı
"Fəxri proletar" döş nişanı
Fəxri Proletar Döş Nişanı — Azərbaycan SSR-in ilk dövlət mükafatı. == Tarixi == 1920-ci ilin yayında təsis edilmiş və 1921-ci ilin sonunadək mövcud olmuşdur. Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm olmuş, hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdir (soldan hərbi xidmətləri simvolizə edən dəfnə yarpağı ilə, sağdan isə mülki xidmətləri simvolizə edən palıd yarpaqları ilə). Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunmuşdur. Nişanın ortasında Yer kürəsinin mavi və sarı rənglərlə minalanmış qabarıq təsviri üzərində üzüyuxarı şəkildə qırmızı rəngli ay-ulduz yerləşdirilmişdir. Nişanın yuxarı hissəsində 1920 rəqəmi yazılmışdır. Nişanın çevrəsi boyu ərəb qrafikası ilə "Azərbaycan Şura Cümhuriyyəti" sözləri yazılmışdır. Nişan Bakı zərgərləri tərəfindən əllə hazırlanırdı. == Təltif olunanlar == Mükafat Azərbaycan İnqilab Komitəsinin qərarı ilə təltif edilirdi.
Alabama nəqliyyat vasitəsi qeydiyyat nişanları
Alabama ştatında 1911-ci ildən ştat avtomagistrallarında istismar edilən motorlu nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsi qeydiyyat nişanları istifadəsinə başlanılmışdır. Bəzi Alabama bələdiyyələri həmin tarixə qədər atlı nəqliyyat vasitələri, eləcədə motorlu vasitələr üçün öz nömrə nişanlarından istifadə edirdilər ki, bunun da mövcüd olan ən qədim nümunəsi Bessemer şəhəri tərəfindən iki atlı arabaya verilən 1 nömrəli bürünc nişandır. Məlum olan ilk avtomobil nömrə nişanı isə Birminqem şəhəri tərəfindən 1906-ci ildə 1904-cü il istehsalı olan 6 slindirli Ford markalı avtomobilə verilmişdir. 1911-ci ildə çıxan qaydaya əsasən ştat tərəfindən verilən nişanın ölçüsü eni 4.5 dyüm, uzunluğu isə 12 dyümə qədər olmalı, sol hissədə şaquli olaraq "ALA" hərfləri qeyd edilməli, yarım dyüm ştrixə malik 3 dyüm ölçülü rəqəmdən istifadə olunmalı idi. 1 nömrəli nişan Montqomeridə fəaliyyət göstərən Lik Dəfn Mərasimi Evinə təsis edilmişdi. 1916-cı ildə çini lövhə əvəzinə metal lövhə istifadə edilməyə başladı. 1917-ci ildən başlayaraq nişanın verilmə ili qeyd edildi və 1919-cu ildə isə nişanın ölçüsü 6 x 15 dyümə qaldırıldı. 9122-ci ildə nişanlara çəki sinfi kodları əlavə edildi və 1928-ci ildə nişanların istehsalı Kilbi Cəzaçəkmə Müəssisəsinə verildi. 1942-ci ildə hər qraflıq üçün kodlardan istifadə edilməyə başlanıldı. 1,2 və 3 kodları ən çox əhalisi olan Cefferson, Mobil və Montqomeri qraflıqlarına, digər kodlar isə əlifba sırası ilə digərlərinə verildi.
Azərbaycan Quru Qoşunlarının hərbi nişanları
Azərbaycan Quru Qoşunlarının hərbi nişanları yaxalara və çiyinlərdəki poqonlara bərkidilir.
Türkiyə medal və dövlət nişanları
Türkiyə Cumhuriyyətinin medal və dövlət nişanları — Türkiyə Cumhuriyyətinin Nazirlər Kabinetinin və Türkiyə Cumhurbaşqanının qərarı ilə verilən qızıl ali dövlət mükafatları.
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanları
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi.
SSRİ səhiyyə əlaçısı döş nişanı
"SSRİ Səhiyyə əlaçısı" döş inşanı (rus. Значок «Отличнику здравоохранения» ) — SSRİ Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərən tibb işçilərinə təltif edilirdi.
"SSRİ sərhəd əlaçısı" döş nişanı
Sərhəd qoşunlarının əlaçısı – SSRİ-də 1969-da yaradılmış fəxri ad.